17 Oktyabr 2019 12:14
1 063
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindəki separatçıların nümayəndəsi Masis Mayilyanla görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş Ermənistanın paytaxtında baş tutub.

Görüşdə bölgədəki son vəziyyətin müzakirə olunduğu bildirilsə də, son günlərdə separatçıların tez-tez İrəvana çağırılması Ermənistanda birmənalı qarşılanmayıb.

Əlavə edək ki, bundan əvvəl Qarabağ separatçılarının başçısı Bako Saakyan Baş nazir Nikol Paşinyanın çağırışı ilə İrəvanda olmuşdu.

Separatçılar və İrəvan arasında bu hərəkətlənmə haqda dəqiq məlumat olmasa da, Paşinyanın Saakyanın rəhbərlik etdiyi separatçı rejimə təzyiq göstərdiyi ehtimal olunur.

Bu, erməni mediasında “Paşinyan Saakyanı yola salır” iddiasının yayılmasına yol açıb.


Müəllif: Mənsur Rəğbətoğlu