17 Oktyabr 2019 12:50
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlunun “Madame Figaro” dərgisinin üz qabığına çəkilməsinə keçmiş maneken Tuğçə Kazaz sərt reaksiya verib.

Teleqraf.com xəbər verir ki, dərginin Türkiyə sayında “İstanbulun “birinci xanımı” başlığı yazılan Dilək İmamoğlunun şəkillərini fotoqraf Cüneyt Akeroğlu lentə alıb.

Tuğçə Kazaz Dilək İmamoğlunun İstanbulun birinci xanımı kimi təqdimatına etiraz edib: “İstanbulun “first ladi”simi? İstanbul cümhuriyyəti quruldu, bizim xəbərimiz olmadı? Əsgərlərimiz rahat şəkildə jurnallarda poz verin deyə əməliyyatdadır? Bu məsələdə səmimi və daimi dəstəyiniz varmı? Bu sürətlə getsəniz, qəza törədərsiniz”.


Müəllif: Leyla