17 Oktyabr 2019 13:17
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın türk həmkarı Rəcəb Tayyib Ərdoğana yazdığı 9 oktyabr tarixli məktubunu dünən Ağ Evdə Suriya ilə əlaqədar keçirdiyi toplantıda üzə çıxardığı məlum olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Evdəki mənbələrə istinadən ABŞ mediası məlumat yayıb.

Amerikalı senator Çuk Şumer sözügedən məktubu birbaşa Trampın özündən aldığını açıqlayıb.

Həmin toplantıda Demokratlar Partiyasından olan senatorların iclası yarımçıq tərk etdiyi iddia edilib.

Məktubda Trampın Türkiyəni iqtisadiyyatını yox etməklə təhdid etdiyi, həmçinin Ərdoğanı “axmaq” adlandırdığı bildirilib.


Müəllif: Mənsur Rəğbətoğlu