17 Oktyabr 2019 14:27
640
12 Punto 14 Punto 16 Punto 18 Punto

Terror təşkilatı kimyəvi silah tətbiq edib günahı Türk Silahlı Qüvvələrinin (TSK) üzərinə atmağa çalışa bilər.

Teleqraf.com xəbər verir ki, belə bəyanatla Türkiyənin Milli Müdafiə naziri, general Hulusi Akar çıxış edib.

Akar deyib ki, terror təşkilatının bu addımı atacağına dair onlara informasiya gəlir. O, bəyan edib ki, TSK-nın arsenalında kimyəvi silah olmadığı hər kəs tərəfindən bəlli olan bir reallıqdır.

Qeyd edək ki, TSK Suriyada YPG/PYD/PKK terror təşkilatına qarşı hərbi əməliyyatlar aparır.


Müəllif: Cavad