17 Oktyabr 2019 19:26
2 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş başa çatıb.

Teleqraf.com xəbər verir ki, 1 saat 40 dəqiqə davam edən görüş qapalı keçirilib.

Pence Ərdoğanla salamlaşarkən "məni qəbul etdiyiniz üçün təşəkkür edirəm", deyə bildirib.

Jeffrey isə Ərdoğanla türkcə salamlaşıb. Onun "Mərhaba cənab Prezident, necəsiniz?" sualına Ərdoğan "sağ olun, sizlər necəsiniz?", deyə qarşılıq verib.

17:15

Türkiyə Prezidenti Rəcəb Təyyub Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pens arasında görüş başlayıb.

Teleqraf.com xəbər verir ki, mühüm görüş Ankarada prezidentin sarayında baş tutub.

Qeyd edək ki, ABŞ-ın ikinci adamının Ankaraya gəlişi Vaşinqton-Ankara münasibətlərinin ən gərgin mərhələsinə təsadüf edir.


Müəllif: Cavad