17 Oktyabr 2019 20:11
1 501
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərdoğan Trampın məktubunu zibil qabına atıb.

Teleqraf.com “CNN Türk”ə istinadla xəbər verir ki, Ərdoğan Trampın məktubuna əsəbiləşərək onu zibil qutusuna atıb. Trampın sözlərinə reaksiya olaraq isə “9 oktyabrda yazılan bu məktub Ərdoğan tərəfindən rədd edildi. Məktuba verilmiş ən yaxşı cavab 9 oktyabrda başlayan “Sülh Çeşməsi Hərəkatı”dır” sözləri deyilib.

Xatırladaq ki, Donald Tramp məktubunda Ərdoğanın PKK terror təşkilatının Suriya qolu olan PYD/YPG qolunun başçısı Fərhad Abdi Şahinlə müzakirələr aparmasını istəyirdi.


Müəllif: Teleqraf.com