18 Oktyabr 2019 08:24
673
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın energetika naziri Rik Perri vəzifəsindən istefa verib.

Teleqraf.com xəbər verir ki, o, istefasının qəbul olunması ilə bağlı ABŞ prezidenti Donald Trampdan xahiş edib.

Ölkənin Energetika Nazirliyinin başçısı vəzifəsinə yeni namizədin adı hələlik naməlumdur.

Xatırladaq ki, bir neçə gün əvvəl Rik Perrinin vəzifəsindən istefa verəcəyi barədə məlumat yayılıb. "Politico" qəzeti bildirib ki, ABŞ-ın energetika naziri yaxın günlərdə vəzifəsindən istefa verə bilər.

Nəşr qeyd edib ki, Perrinin mayda prezident Vladimir Zelenskinin inaqurasiyasında iştirak etmək üçün ABŞ-ın nümayəndə heyətinin başçısı kimi Ukraynaya səfəri onu impiçment işi çərçivəsində işinin araşdırılmasına səbəb olub.


Müəllif: Mənbə/Report