18 Oktyabr 2019 09:59
2 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ-ın vitse-prezidenti ilə Ərdoğanın görüşünə baxın, elə bil Ərdoğan Trampla görüşür, ikisi də yan-yana durub. Pens Amerika prezidentidir? Niyə ona belə münasibət sərgilənir?”

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüşünə münasibət bildirən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılçdaroğlu deyib.

CHP başçısı ABŞ və Türkiyənin bərabərhüquqlu dövlət olduğunu bildirib:

“Masanın başında sadəcə Prezident Ərdoğan oturmalı idi, belə bir mənzərə mənə ağır təsir bağışladı.

Nə edirlər-etsinlər, vaxtilə necə Kiprdə sülh əməliyyatlarında dözdüksə, indi də dözə bilərik. Sanksiya tətbiq edəcəklər deyə, mən təslim olmalıyam? Müqavimət göstərmək lazımdır. Dövlətlərarası münasibətlər sərtləşə bilər, bunu qəbul edə bilərəm. Amma xarici siyasət ölkələrin maraqları üzərində qurulur, önəmli olan da bu maraqları qoruya bilməkdir”.


Müəllif: Mənsur Rəğbətoğlu