Atasına qarşı çıxdığı üçün ev dustağı edilən Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovanın saxlanıldığı evdə çəkilən fotoları yayılıb.
Bir ingilis şirkəti tərəfindən yayılan fotolarda 42 yaşlı Gülnarə Kərimovanın mühafizəçilərlə mübahisə etdiyi görülür.
Qeyd edək ki, o, rüşvət almaqda suçlanması səbəbindən 7 aydır ki ev dustağıdır. İngilis şirkəti Gülnarə Kərimova və qızının Daşkənddəki evdə siyasi səbəbdən dustaq edildiyini açıqlayıb. Gülnarə Kərimova "Qızım və mənimlə it kimi davranırlar" deyib.
Gülnarə Kərimova bir İsveş şirkətinə 300 milyon dollar rüşvət müqabilində lisenziya verməkdə suçlanır. İddialar İsveç prokurorluğu tərəfindən araşdırılır.
Teleqraf.com Gülnarə Kərimovanın ev dustaqlığından fotolarını təqdim edir.
Nihad