18 Oktyabr 2019 10:17
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Mustafa Akıncı ölümlə təhdid olunduğunu açıqlayıb.

Teleqraf.com xəbər verir ki, təhqir və ölüm təhdidləri ilə üzləşən Akıncı məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edib.

Akıncı sosial şəbəkə hesabı üzərində yaydığı açıqlamada qeyd edib:

“Bir neçə gün əvvəl verdiyim açıqlamalara təhqir və ölüm təhdidi ilə cavab verənlər var. Bu barədə Baş Prokurorluq və polis idarəsinə müraciət etmişəm. Məsələ bundan sonra hüquqi çərçivədə həll olunacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu