18 Oktyabr 2019 12:32
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin “Sülh çeşməsi” əməliyyatı zamanı kimyəvi silahlardabn istifadə etməsi haqda xəbərləri İran tirajlayıb.

Teleqraf.com xəbər verir ki, araşdırma zamanı İranın “Fars” agentliyinin yerli qaynaqlara istinadən Resulaynda kimyəvi silah “tətbiq” edildiyinə dair xəbər yaydığı aydin olub.

Hətta Türkiyənin fosfor bombasından istifadə etdiyi iddia olunub. Ciddi dəlilə söykənməyən bu xəbərlə Türkiyə əleyhinə səhv fikir formalaşdırılmasına çalışılıb. Hətta bunun sübutu olaraq foto da yayılıb.

Xatırladaq ki, iki gün əvvəl Türkiyənin Müdafiə nairi Hulusi Akar bildirmişdi ki, onlara çatan məlumatlara görə, YPG kimyəvi silah tətbiq edib, bunu Türkiyənin üzərinə atacaq.


Müəllif: Cavad