18 Oktyabr 2019 13:12
1 062
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur aktrisa Melisa Aslı Pamuka futbolçu sevgilisi Oğuzhan Özyakup xəyanət edib.

Teleqraf.com xəbər verir ki, model Funda Aksu Oğuzhan Özyakupun ona yazdığı mesajı yayıb.

Model futbolçunun “Cavab verəcəksən?” mesajını sosial şəbəkədə “Bu da qol” şərhi ilə paylaşıb.

Məlum olub ki, bir müddət əvvəl aktrisa ilə futbolçunun ailəsi bir araya gəlib. Cütlüyün gələn il evlənəcəyi planlaşdırılıb.

Qeyd edək ki, Melisa Aslı Pamuk “Kara sevda” serialı ilə məşhurlaşıb.


Müəllif: Rəqsanə Həsənova