18 Oktyabr 2019 16:44
1 377
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada qanunsuz təcavüz siyasəti həyata keçirir”.

Teleqraf.com xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd deyib.

Ölkə başçısı Türkiyə Silahlı Qüvvələrinin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlar (“Sülh çeşməsi”) barədə danışıb:

“Suriya bu təcavüzə türk agentləri və terrorçuları vuraraq, cavab verir və ərazisindəki hər nöqtədə bütün qanuni yollarla müqavimət göstərəcək.

Tarix boyu bölgədəki proseslərə xarici müdaxilələr dayanmadı. Bu çərçivədə, Ərdoğan rejimi tərəfindən Suriyada cinayətkar təcavüz həyata keçirilir”.


Müəllif: Mənsur Rəğbətoğlu