18 Oktyabr 2019 17:20
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanla müharibə istəmirik, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasında maraqlıyıq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentindəki “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts deyib.

Hakim partiyanın fraksiya rəhbəri Ermənistan Baş naziri Nikol Paşinyanın məsələnin dinc yolla həlli istiqamətində səylərini artırdığını bildirib:

“Baş nazirimizin çıxışlarından birinin konseptual tezislərindən sitat gətirmək istəyirəm ki, Qarabağ münaqişəsinin həlli Azərbaycan və Ermənistan xalqları üçün məqbul olmalıdır. Bu, xalqları sülhə daha praktik səviyyədə hazırlamaq məqsədi daşıyır”.


Müəllif: Mənsur Rəğbətoğlu