19 Oktyabr 2019 09:16
1 747
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko özünün sıx iş qrafiki haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

“Bütün həyatım ­– düşünürəm ki, digər prezidentlərdə də belədir – təkərdəki dələ kimidir. Qalx, fırlat, qaç. 25 il necə qaçmaq olar? Ancaq sən buna öyrəşmişsən. Təkər fırlanır, getmək lazımdır. Əgər qaça bilməsən, təkər sıçrayıb səni atacaq. Bu, həyat tərzidir. Sən artıq buna öyrəşmisən”, – deyə Lukaşenko bildirib.

Bununla yanaşı, o, məsələn, meşəyə gedib kabab bişirmək üçün vaxt seçə bildiyini də qeyd edib.

Lukaşenko əlavə edib ki, o, tamamilə asudə vaxtı olmayan və daim məşğul insandır.


Müəllif: Səxavət