18 Oktyabr 2019 17:44
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Cəbhənin lideri Marin Le Pen partiyadakı tərəfdarlarının dəstəyini alacağı təqdirdə 2022-ci ildə Fransa prezidentliyinə namizəd olmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, o, bu barədə “Avropa 1” radiostansiyasına müsahibəsində bəyan edib.

“Bütün ömrüm boyu ölkənin problemlərdən necə qurtulduğunu görmək istəyirdim. Yalnız Milli Cəbhənin təklifləri ölkəmizin problemlərini həll edə bilər. Partiya üzvləri başqa bir qərar qəbul etməsə, bunu öz üzərimə götürərəm”, - Le Pen deyib.


Müəllif: Mənsur Rəğbətoğlu