18 Oktyabr 20:00
355

İspaniyanın Kataloniya bölgəsində müstəqillik tərəfdarı siyasətçilərin həbs edilməsinə etiraz olaraq başlayan aksiyalar davam edir.

Teleqraf.com xəbər verir ki, Barselonada davam edən etirazlar səbəbindən “Barselona” və “Real Madrid” klubları arasında keçiriləcək qarşılaşma (El klassiko) təxirə salınıb.

Matçın yeni tarixi ilə bağlı qərar ən gec bazar günü veriləcək.

İspanya Futbol Liqası (La Liga) rəhbərliyi bundan əvvəl “Barselona” – “Real Madrid” matçının oynanılacağı şəhərin dəyişdirilməsini tələb etmişdi.

Əlavə edək ki, bir həftəyə yaxındır Kataloniyada İspaniya hökuməti əleyhinə etirazlar keçirilir. Etirazçılar həbs edilmiş katalon siyasi məhbusların azadlığını tələb edir.


Müəllif: Mənsur Rəğbətoğlu