18 Oktyabr 2019 22:15
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampdan oktyabrın 9-da Suriyadakı “Sülh çeşməsi” əməliyyatının başladığı gündə aldığı nəzakətsiz məktubu unutmadığını söyləyib.

Teleqraf.com xəbər verir ki, Türkiyə lideri deyib:
“Əlbəttə, biz Trampın nəzakətlə heç bir əlaqəsi olmayan məktubunu unutmadıq. Ancaq qarşılıqlı hörmətimiz bu məsələni gündəmdə saxlamağa imkan vermir”.

Onun sözlərinə görə, tərəflər “bunu prioritetə çevirmirlər", amma “vaxtı çatanda lazım olanlar görüləcək”.

Daha öncə KİV-də Trampın Ərdoğana Suriyadakı “Sülh çeşməsi” hərbi əməliyyatı ilə “axmaqlıq etməməyə” və “bütün dünyanı pis vəziyyətdə qoymamağa” çağırış edən sözlərinin yer aldığı məktub göndərdiyi xəbəri yayılmışdı.
Kremldə mesajın tonunu olduqca qeyri-adi adlandırmış və qeyd etmişdilər ki, “dövlət başçılarının yazışmalarında belə bir dil nadir hallarda olur”.


Müəllif: Səxavət