19 Oktyabr 2019 08:00
1 895
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ bundan əvvəl də Türkiyəyə Suriya böhranının çözülməsi ilə bağlı bir sıra vədlər vermişdi. Bu vədlərdən biri də, PKK terror təşkilatının Suriya qanadı YPG-nin ABŞ tərəfindən maliyyələşdirilməsinin qarşısının alınması ilə bağlıdır. Güman edirəm ki, Türkiyə dövlətini narahat edən əsas məsələ də budur”.

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Elşən Manafov deyib.
Ekspertin fikrincə, ABŞ-ın PKK-nın məlum qanadının maliyyələşdirməsi, Türkiyə ərazilərində “Kürdüstan dövləti”nin qurulması ilə bağlı nəzərdə tutulan plana daxildir:

“ Türkiyə də bu planının qarşısını almaq məqsədilə ilə Suriyada əməliyyatlara başladı. Terrorçuların yerləşdiyi Suriya ərazilərində təhlükəsizlik zolağının qurulması ilə əlaqədar hərəkətə keçdi və bundan sonra Amerika Ankaraya nümayəndə heyəti göndərib anlaşma əldə etdi. İndi isə məqam bu anlaşma çərçivəsində ABŞ-ın verdiyi vədləri yerinə yetirib-yetirməyəcəyi ilə bağlıdır”.

Elşən Manafov oktyabrın sonunda Türkiyə və Rusiya prezidentləri arasında keçiriləcək görüşə də diqqət çəkib:

“Güman edirəm ki, ayın sonunda Soçidə Türkiyə və Rusiya prezidentləri arasında keçiriləcək görüşdə Suriya probleminin hansı modeldə həll olunacağı ilə bağlı razılığa gəlinəcək. Qənaətimə görə, Türkiyə Soçidəki anlaşmadan sonra ABŞ-la Suriya danışıqlarını bu yöndə davam etdirəcək. Digər yandan, bu günədək ABŞ-ın Türkiyəyə verdiyi vədləri yerinə yetirməsi ilə bağlı bir prosesi müşahidə etməmişik.

Hesab edirəm ki, ABŞ Türkiyənin NATO-dan çıxmasını, ümumiyyətlə NATO daxilində çatın yaranmasını istəmirsə, bu məsələdə Ankara ilə anlaşmalıdır. Güman edirəm ki, ABŞ bunun baş verməməsi üçün Türkiyə ilə razılığa gedəcək”.


Müəllif: Mənsur Rəğbətoğlu