19 Oktyabr 2019 08:37
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kataloniyada muxtariyyətin müstəqillik tərəfdarlarının keçirdiyi etirazlarda 128 nəfər hüquq-mühafizə orqanının əməkdaşları tərəfindən saxlanılıb.

Teleqraf.com xəbər verir ki, İspaniyanın Daxili İşlər naziri Fernando Qrande-Marlaksa iğtişaşlar başlayandan bu günə qədər baş verən qarşıdurmalar zamanı 207 polis əməkdaşının xəsarət aldığını bildirib.

Xatırladaq ki, mitinqlər, avtomobil və dəmir yollarının bağlanması və iğtişaşlar oktyabrın 14-də - İspaniya Ali Məhkəməsinin 2017-ci ildə qanunsuz şəkildə müstəqillik haqqında referendum keçirilməsində əli olan 12 katalon siyasətçi barədə hökm çıxardıqdan sonra başlayıb.


Müəllif: Teleqraf.com