19 Oktyabr 2019 14:06
1 870
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu yeni yaradılan siyasi partiya haqda danışıb.

Teleqraf.com xəbər verir ki, keçmiş dövlət rəsmisi siyasi partiya quruculuğunu davam etdiyini deyib.

Davudoğlu partiyanın “yol xəritəsi”ni də açıqlayıb: “Yeni hərəkatın doğru istiqamətdə aparılması üçün danışıqlar və görüşlər davam etdirilir. İlk istəyimiz qorxu divarını aşmaq, ümid və həyəcanı cəmiyyətə geri qaytarmaqdır.

Ölkədə elə bir qorxu var ki, bu barədə danışmaq çətindir. Amma deyə bilərəm ki, buna görə bir müddətlik bizi bağışlayın, biz bu qorxu divarını aşacağıq. Apardığımız mübarizə hər kəsi əhatə edəcək”.

Davudoğlu hakim Ədalət və İnkişaf Partiyasından (AKP) çıxarılmasına da münasibət bildirib:

“Dostlarımız buna görə çox pis oldular. Məni ən çox kədərləndirən şey isə mənə partiyadan xarici edilməyimlə bağlı göndərilən məktubda cümlələrin qrammatik cəhətdən düzgün yazılmaması ilə bağlı idi. Biz belə halların baş verməməsi üçün partiya qurmağa çalışırıq.

İnnən belə bizi AKP-nin yanlışları yox, başladığımız yeni yolun həqiqətləri maraqlandırır. Yeni siyasi partiyanın hər kəsi əhatə edəcəyini düşünürük”.


Müəllif: Mənsur Rəğbətoğlu