19 Oktyabr 2019 15:03
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Livanda yüksək vergi dərəcələri, hökumətin iqtisadi siyasəti və yeni vergilər tətbiq etməsi səbəbiylə dünən axşam başlayan etirazlarda 2 nəfər ölüb, 52 təhlükəsizlik işçisi yaralanıb, 70 nəfər isə tutulub.

Teleqraf.com xəbər verir ki, Livanın Baş naziri Saad əl-Həriri hökumət orqanlarına bu məsələnin 72 saat müddətində həllini tapacağı ilə bağlı göstəriş verib.

Baş nazir islahatlarla vergi tətbiqetmələrini deyil, köhnə qanunları dəyişdirmək istədiyini bildirib.

Baş nazir həmçinin, islahatları həyata keçirmək cəhdlərinin qarşısının alındığını və maliyyə kəsirini azaltmaq üçün addım atdıqları zaman daxili və xarici siyasi problemlərlə qarşılaşdıqlarını iddia edib.

Etirazlardan sonra ölkədə məktəb və bankların fəaliyyəti müvəqqəti dayandırılıb.

Qeyd edək ki, Saad əl-Həririnin tərəfdaşlarına aid olan Gələcək Uğrunda Hərəkat və Livan Qüvvələri Partiyası İran və Suriya rejiminə qarşı ərəb ölkələrinin dəstəyini alıb.

“8 Mart Bloku”nu təşkil edən, İran və Suriyaya dəstək verən Hizbullah və müttəfiqlərinin 18 nazirliklə milli birlik hökumətini təmsil etmək hüququ var.


Müəllif: İmamət İsmayılova