19 Oktyabr 2019 14:20
871
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Osteoporoz xəstəliyi aşağı sümük kütləsi və sümük toxumasının mikroarxitektura quruluşunun pozulmasından qaynaqlanır. Beləliklə, sümük kövrəkliyi və qırılma həssaslığı artır. Osteoporozda zəruri profilaktik tədbirlər görmək, xəstəliyin erkən diaqnozu və düzgün müalicəsi vacibdir. Xəstəliyin sonrakı mərhələlərindəki sümük qırıqları xəstənin həyatına ciddi təhlükədir”.

Teleqraf.com xəbər verir ki, Memorial Antalya Xəstəxanası Ortopediya və travmatologiya şöbəsinin həkimi həkim-professor Sərdar Alfidan, 20 oktyabr dünya osteoporoz günü ilə bağlı bu xəstəliklə mübarizə aparmağın yolları və qarşısının alınması barədə danışıb:

“Sümük toxuması insanda həyatı boyu daimi əmələgəlmə və yenidən qurulma adlanan iki fərqli mərhələdən ibarətdir. Artan sümük toxuması və inkişafı ilə xarakterizə olunan qurulma mərhələsi uşaqlıq dövrünün xüsusiyyətidir.

Yetkinlik dövründə yenidən qurulma mexaniki qüsurlu sümüklərin aradan qaldırılması və yeni güclü sümüyün yaradılmasıdır. Bu dövrü proses yetkin insanda sümük məhvindən başlayır, onun yenidən qurulması ilə başa çatır və orta hesabla 3-12 ay davam edir. Bu dövrün sürəti paratiroid hormonu (PTH), tiroksin, böyümə hormonu və D vitamini ilə artırıla bilər, həmçinin kalsitonin, estrogen və qlükokortikoid hormonları ilə də azalda bilər.

35 yaşdan sonra sümük kütləsi azalmağa başlayır və bu azalma 85-90 yaşa qədər davam edir. Həyat zamanı itirilən sümük miqdarı kişilərdə 20-30, qadınlarda 45-50 faiz təşkil edir. Menopoz səbəbiylə estrogen çatışmazlığı qadınlarda sümük itkisinə səbəb olan ən vacib amildir. Estrogenin azalması sümüyün məhv mərhələsini gücləndirir. Sümüyü qoruyan hormon olan kalsitonin ifrazı azalır və kalsium mübadiləsi pozulur. Profilaktik və dəstəkləyici müalicə qadınlarda çox vacibdir”.

Həkim bu xəstəliyin əlamətlərindən də söz açıb: “Osteoporoza bel və bel ağrısı, boyun qısalması, beldəki deformasiya və qırıqlar kimi şikayətlərlə diaqnoz qoyula bilər. Xüsusilə 65 yaşdan yuxarı ağdərili qadınlar, osteoporozun ailə tarixi, erkən menopoz risk qrupundadır. Osteoporozun diaqnozu sümük mineral sıxlığının ölçülməsi (DEXA) ilə müəyyən edilir. Bu üsul xüsusilə 65 yaşdan yuxarı qadınlara, erkən menopoza, kiçik travma olan sınıqlara, 70 yaşdan yuxarı kişilərə və sümük sıxlığını azaldan dərmanlardan istifadə edənlərə tətbiq olunmalıdır.

Osteoporoz müalicəsinin ən vacib hissəsi osteoporoz riskini azaldan qoruyucu tədbirlərdir. Birinci profilaktikada uşaqlıqdan müntəzəm və kalsiumla zəngin qidalanma vərdişinə yiyələnmək, idmanla müntəzəm məşğul olmaq və günəş vannası qəbul etmək mədəniyyəti çox vacibdir.

Yaşlılarda siqaret və alkoqoldan çəkinmək, düzgün menstruasiya və reproduktiv funksiyalar təmin edilməlidir.

İkinci dərəcəli profilaktika osteoporozun erkən tanınması, osteoporoz xəstələrində müvafiq müalicə və qırıq meydana gəlməsinin qarşısının alınmasıdır.

Üçüncü profilaktikada, sınığı olan xəstələrin bu vəziyyəti minimum zərərlə yaşamaları, fəsadların qarşısını almaq və həyat keyfiyyətini yaxşılaşdırmaq məqsədi daşıyır”.

Həkim bu xəstəliyin qarşısının alınması üçün tövsiyələrini də verib: “Hər yaş qrupunda adekvat kalsium qəbulu nəzərə alınmalıdır. 20 yaşdan 1000-1200 mq-a qədər gündəlik kalsium qəbulu tövsiyə olunur. Bu gündə 5 stəkan süd və ya süd qrupuna uyğundur.

Vitamin D bol miqdarda qəbul edilməlidir. Yarım saatlıq qol və ayaqları açıq günəşə batırmaq kifayətdir. Sağlam sümük inkişafı üçün mütəmadi idman və fiziki fəaliyyətlər edilməlidir. Bütün yaş qruplarında spirtli içki və siqaret çəkməmək lazımdır.

Yaşlılar üçün yaşayış sahələrində düşmə riskini azaltmaq üçün tədbirlər görülməlidir”.


Müəllif: İmamət İsmayılova