19 Oktyabr 2019 15:56
1 483
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Prezidenti Donald Trampın müşavirləri Ankaraya Suriyadakı qoşunların çıxarılması üçün bir neçə variant təklif edib, bu da Türkiyənin Suriyaya hücumunun qarşısını alıb”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” nəşri məlumat yayıb.

ABŞ Milli Təhlükəsizlik Şurasının anonim bir nümayəndəsi “Newsweek”-ə açıqlamasında təkliflərdən birinin Türkiyəni qondarma erməni soyqırımını tanımaqla hədələməsi olduğunu söyləyib.

Oktyabrın 17-də Ankarada Türkiyə və ABŞ hökumətləri arasında Suriya məsələsinə dair anlaşma əldə edilib.

Anlaşmaya əsasən, ABŞ YPG terror təşkilatını Türkiyə sərhədlərindən geri çəkmək şərtilə türk ordusu Suriyanın şimalında keçirdiyi hərbi əməliyyatları dayandıracaq.


Müəllif: Mənsur Rəğbətoğlu