19 Oktyabr 11:43
277

ABŞ-ın kosmik fəaliyyətə cavabdeh olan qurumu NASA bu gün Beynəlxalq Kosmos Stansiyasından tarixi canlı yayım edib. ABŞ Prezidenti Donald Tramp qızı İvana ilə birlikdə canlı yayıma qoşularaq bu tarixi anların şahidi olub.

Teleqraf.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp, qızı İvana Tramp, vitse-prezident Mayk Pens və NASA prezidenti Cim Bridenstinin iştirakı ilə ilk dəfə qadınlardan ibarət qrupun kosmik səyahəti canlı izlənilib.

Tramp astronavt qadınları “çox cəsur qadınlar”adlandırıb.

Amerikalı astronavtlar Kristina Koç və Cesika Mer adlı astronavt qadınlar stansiyadakı köhnə texnologiya batareyalarını daha güclü litium-ion batareyaları ilə əvəz etmək üçün kosmosa çıxıblar.

Tarixdə yalnız qadınlardan ibarət komanda bununla bir ilkə imza atıb.


Müəllif: İmamət İsmayılova