19 Oktyabr 2019 14:48
826
12 Punto 14 Punto 16 Punto 18 Punto

Güney azərbaycanlı milli-mədəni fəal mühəndis Siyavuş Süleymanipur Urmiya şəhərindəki evində həbs edilib.

Teleqraf.com xəbər verir ki, azərbaycanlı fəalın İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) hərbçiləri tərəfindən saxlanıldığı bildirilib.

Siyavuş Süleymanipurun naməlum istiqamətə aparıldığı, bu barədə xəbərin yeni yayıldığı qeyd edilib. Hələlik azərbaycanlı fəalın harada saxlandığı və hansı səbəbdən tutulduğu barədə heç bir məlumat yoxdur.

Məlumata görə, fəalın ailə üzvləri təhdid və təzyiqlərə məruz qalıb. Onlara bildirilib ki, Siyavuş Süleymanipurun saxlanması ilə bağlı mətbuat orqanları və insan haqları təşkilatlarına məlumat verilməməlidir.

Bundan əlavə, bir həftədən çoxdur ki, Süleymanipurun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Ocağı Dərnəyinin rəsmi mətbuat orqanı olan “Amonews” saytının fəaliyyətinə də icazə verilmir.


Müəllif: Mənsur Rəğbətoğlu