19 Oktyabr 2019 21:29
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Krasnoyarsk diyarının Kuragino rayonunda qızıl mədənindəki bəndin uçması nəticəsində fəhlə yataqxanasında qalan 15 nəfər ölüb, 13 nəfər isə itkin düşüb.

RF Fövqəladə Hallar Nazirliyinə məxsus 6 helikopter, bir neçə kater, 300 nəfər canlı qüvvə cəlb edilib, Hazırda qəzanın nəticələri aradan qaldırılır, itkin düşənlərin axtarışı aparılır.

Qeyd edək ki, Krasnoyarsk diyarının Kuraqino rayonunda Seyba çayında quraşdırılan bənd ötən gecə, yerli vaxtla saat 02:00-da uçub. Nəticədə işçi qəsəbəsində olan iki müvəqqəti yataqxana su altında qalıb.


Müəllif: Mənbə/Report