19 Oktyabr 2019 23:30
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuba prezidenti Miquel Dias Kanel Bakıya səfər edəcək.

Bu barədə "Report" Kubanın "Radio Habana Cuba" saytına istinadən xəbər verir.

Məlumata görə, o, Qoşulmama Hərəkatının 18-ci sammitində iştirak edəcək. Bakıda keçiriləcək sammit oktyabrın 25-dən 26-dək davam edəcək.

Qeyd edilir ki, Kuba prezidentinin Avropa turu sabah - bazar günü başlayacaq. Səfər turuna İrlandiya, Belarus və Rusiyaya rəsmi səfərlər daxildir.


Müəllif: Teleqraf.com