20 Oktyabr 10:44
379

ABŞ prezidenti Donald Tramp 2020-ci ildə baş tutacaq G-7 sammitinin Mayamidə yerləşən otelində keçirilməsi fikrindən daşındığını bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu mövzunun gündəm olmasından sonra Tramp Tvitter səhifəsində Zirvə görüşünün "Trump National Doral" otelində keçirilməyəcəyini və yeni yerlər axtarıldığını yazıb.

Qeyd edək ki, 2 gün öncə Ağ Ev 2020-ci ildə baş tutacaq G-7 sammitinin Donald Trampın Mayamidə yerləşən otelində baş tutacağını bildirmişdi. Bu xəbər mediada və sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olmuşdu.


Müəllif: Teleqraf.com