20 Oktyabr 2019 11:31
1 550
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin keçmiş baş naziri Əhməd Davudoğlu siyasi partiya yaratmaq üçün pulunun olub-olmadığı barədə sualı cavablandırıb.

Teleqraf.com xəbər verir ki, "Yeniçağ" qəzetinin yazarı Orxan Uğurlu köşə yazısında Davudoğlu ilə dialoquna toxunub.

Uğurlu Davudoğluna "Yeni partiya qurmaq üçün pulunuz varmı" sualı ünvanlayıb.

Sabiq baş nazir isə cavabında "Siyasi partiya pulla qurulmaz, könül və fikir birliyi ilə yaradılar" deyə bildirib.

Tarixi xatırladan Davudoğlu deyib: "Cümhuriyyət Xalq Firqəsi qurularkən pulu var idi? Demokrat partiyasını qurarkən pullarımı vardı? AKP-nin, Özalın partiyası ANAP yaradılarkən pulları vardı? Siyasi partiya qurmaq üçün birlikdə xalqa düzgün xidmət vəd etmək kifayətdir. Şəffaf dövlət anlayışı ilə yola çıxmaq, vətəndaşı inandırmaq vacibdir".


Müəllif: Teleqraf.com