20 Oktyabr 2019 12:30
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın şimal rayonlarından çıxarılan min Amerika hərbçisi qərbi İraqa yola düşəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Mark Esper jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Amerika hərbçiləri İraqa kömək etmək üçün İŞİD terror qruplaşmasına qarşı kampaniyanı davam etdirəcəklər.

“ABŞ sürətli tempdə Suriyanın şimal-şərqindən çıxmağa davam edir. Cari iş planı bu güclərinin yerini qərbi İraqa dəyişdirməkdən ibarətdir. Biz həftələr haqqında danışırıq, günlər haqqında yox", - deyə Esper bildirib.

Xatırladaq ki, oktyabrın 17-də ABŞ və Türkiyə Suriyanın şimalında həyata keçirilən “Sülh çeşməsi” əməliyyatının 120 saat müddətində dayandırılması və YPG terror qruplaşmasının 30 kilometrlik zonadan çıxarılması haqqında razılaşıblar.


Müəllif: Teleqraf.com