20 Oktyabr 2019 18:38
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqoda baş verən avtobus qəzasında azı 25 nəfər ölüb.

Teleqraf.com xəbər verir ki, hadisə ölkənin qərbində Mbanza-Nqunqu şəhərinin yaxınlığında baş verib.

Hadisə şahidlərinin bildirdiyinə görə, ticarətlə məşğul olan şəxsləri daşıyan avtobus dağdan enərkən aşıb və yanıb.

Qəza zamanı avtobusda 100 nəfər olub. Qeyd olunub ki, azı 25 nəfər hadisə yerində ölüb.

Qəzanın baş verməsinə ilkin səbəb kimi avtobusun əyləc sisteminin işləməməsi göstərilir. Yaralılardan 16 nəfərinin şəxsiyyəti dəqiqləşdirilib. Onlar şəhər xəstəxanasına çatdırılıb.


Müəllif: Teleqraf.com