20 Oktyabr 2019 22:53
597
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqına (Aİ) daha bir məktub göndərib.

Teleqraf.com xəbər verir ki, Boris Conson Parlamentin qərarı ilə Aİ-dən Brexit prosesini 2020-ci il yanvarın 31-dək təxirə salınmasını xahiş edib, ancaq o, məktubu imzalamayıb.

O, oktyabrın 17-də razılaşdırılan Brexit sazişinin parlamentdə təsdiqlənməsi üçün səylərini davam etdirəcəyi bildirib.

Avropa Şurasının rəhbəri Donald Tusk təxirəsalınma tələbini ittifaq liderləri ilə müzakirə edəcəyini açıqlayıb.


Müəllif: Teleqraf.com