21 Oktyabr 2019 00:53
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə və ABŞ arasında Suriyanın şimal-şərqindəki vəziyyətlə bağlı əldə olunan razılaşma çərçivəsində PKK və YPG terrorçularının 120 saat içində bölgəni tərk etmələri işləri Türk Silahlı Qüvvələri tərəfindən yaxından izlənilir.

Teleqraf.com xəbər verir ki, bu barədə Türk Silahlı Qüvvələrinin yaydığı məlumatda deyilir.

Bildirilir ki, əldə olunan razılaşmaya baxmayaraq oktyabrın 17-dən bu günədək PKK və YPG terrorçuları tərəfindən atəşkəs rejimi 22 dəfə pozulub.

Bundan əlavə, məlumatda terrorçulara aid olduğu düşünülən təxminən 55 maşından ibarət konvoyun Suriyanın Rasulayn şəhərinə daxil olduğu, 86 avtomobildən ibarət konvoyun isə Tel Tamir istiqamətindən çıxdığı bildirilir.


Müəllif: Teleqraf.com