21 Oktyabr 2019 01:54
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son 24 saat ərzində Çilidə iğtişaşlar zamanı 1400-dən çox insan saxlanılıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə "BioBio" radiostansiyası bildirib.

Məlumata əsasən, paytaxt dairəsində 614 nəfər saxlanılıb. Ölkənin qalan şəhərlərində 848 nəfər saxlanılıb.

İğtişaşlara və polislə toqquşmalara çevrilən etirazlar bazar ertəsi günü Santyaqoda metronun qiyməti orta hesabla 30 peso ($ 0,04) maksimum 850 peso ($ 1.2) qədər artdıqdan sonra başlayıb.


Müəllif: Teleqraf.com