21 Oktyabr 10:05
1 023

Suriya Demokratik Qüvvələri (SDQ) terror təşkilatı Türkiyə sərhədində yerləşən Rəsulayn bölgəsindən geri çəkildiyini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə SDQ-nin sözçüsü Kino Qabriel açıqlama verib.

O, artıq Rəsulayn şəhərində silahlı birləşmələrinin qalmadığını bildirib.

Məlumata görə, PYD terror təşkilatının hərbi qanadı YPG döyüşçüləri də yük avtomobilləri ilə Rəsulayndan ayrılıb. Mülki vətəndaşlardan da bəzilərinin bölgəni tərk etdiyi vurğulanıb.

Azad Suriya Ordusunun (ASO) sözçüsü Yusif Həmud isə SDQ-nin tamamilə Rəsulayndan çıxdığını söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu