21 Oktyabr 10:50
290

Misirli arxeoloqlar Əl-Əssasif məzarlığında yaxşı qorunmuş və içində mumiyalar olan 30 tabut kəşf edib.

Teleqraf.com xəbər verir ki, tabutun taxtadan hazırlandığı bildirilib.

Arxeoloqlara görə, tabutlar eramızdan əvvəl X əsrdə hökm sürmüş XXII xanədanlıq dönəminə aiddir.

Bundan əvvəl həmin bölgədə (Lukazor) yaxşı qorunuş 20 tabutun aşkar edildiyi açıqlanmışdı.

XIX əsrdən bu yana ilk dəfə yaxşı qorunmuş mumiyalara rast gəlinir.


Müəllif: Mənsur Rəğbətoğlu