21 Oktyabr 11:35
231

2016-cı ildə bildirmişdim ki, Suriyanın şimalı PKK-nın nəzarətindədir. Sərhəd təhlükəsizliyini təmin etmək üçün 20-30 kilometr içəri girməlisiniz. Ən doğrusu, bunun üçün Suriya rejimi ilə normal münasibətlər qurmaq lazımdır.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin sabiq baş qərargah rəisi İlkər Başbuğ deyib.

O, əlavə edib ki, 2016-cı ildə dediyi sözlərin arxasında dayanıк: “Türk ordusu “Sülh çeşməsi” əməliyyatı başlayanda tvitterdə “Türk milləti ordusunun arxasındadır. Ordumuza güvənirik və uğurlar arzulayırıq. Bu gün üzərimizə düşən vəzifə ordumuzun yanında olmaqdır” ifadəsini yazmışam.

Əlavə edim ki, 2014-cü ildən qurulmasıma başladılan terror dəhlizinin sıradan çıxarılması Türkiyə üçün bir vəzifədir. Bu işi həyata keçirməyin ən yaxşı yolu Suriya rejimi ilə əməkdaşlıq edilməsidir. Türk ordusu Fəratın şərqində əməliyyat mövqeyi tutur. Qarşımızda PYD terror təşkilatıdır. Terror təşkilatları hər zaman media üzərindən beynəlxalq aləmin diqqətini çəkməyə və onların dəstəyini almağa çalışır. Terror təşkilatları hər zaman bunu edir. Bu vəziyyətdə təsirli ictimai diplomatiyaya ehtiyac var. Cəmiyyəti məlumatlandırmaq üçün fəaliyyət göstərmək həyati məsələdir. Bunun ən təsirli şəkildə necə etmək olar? Məncə, peşəkar ixtisasları olan mülki və hərbi insanlar mütəmadi olaraq ictimai məlumatlandırma görüşləri keçirməlidirlər”.


Müəllif: Cavad