21 Oktyabr 11:28
948

35 saatımız qalıb. 35 saat içərisində geri çəkilməsələr, əməliyyat yenidən başlayacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu TRT World-ə açıqlamasında deyib.

Nazir bildirib ki, ABŞ Prezidenti Tramp təhlükəsizlik bölgəsinin yaradılması üçün birgə fəaliyyət tələb edib: “Biz buna razılaşdıq. Həmin sahədə ABŞ-la təhlükəsizlik zonas; yaratmaq üçün çalışarkən? ABŞ YPG-ni silahla təmin etməkdə davam etdi. “Sülh çeşməsi” əməliyyatı başlayandan bu yana bizi ittiham edir, əleyhimizə təbliğat aparırlar. Türk-kürd ifadəsi əslində yanlış ifadədir. Kürdlər bizim düşmənimiz deyil. Bizim Suriyada demoqrafik durumu dəyişdirmək kimi məqsədimiz yoxdur. Biz oradakı demoqrafik vəziyyəti qoruyuruq. Biri “Türkiyə Suriyada kürdlərə hücum edir” deyirsə, bunun yalan olduğunu deməyə borcluyam”.

Nazir əlavə edib ki, Türkiyənin İŞİD-ə qarşı mübarizəsi davam edəcək: “İŞİD bizim düşmənimizdir. Neçə dəfə hücum hədəfi olduq? İstanbulda, Ankarada Qaziantepdə. Biz tariximizdə heç vaxt kimyəvi silahlardan istifadə etmədik. Bununla bağlı propaqanda aparılır. 35 saatımız qaldı. 35 saat içində geri çəkilməsələr, YPG/PKK-ya qarşı əməliyyat yenidən başlayacaq”.


Müəllif: Cavad