21 Oktyabr 11:54
2 413

Çinə səfər edən Rusiya müdafiə naziri Sergey Şoyqu Suriyadakı son vəziyyət barədə açıqlama verib.

Teleqraf.com xəbər verir ki, nazir Türkiyə və ABŞ-ı Rusiya ilə işbirliyinə çağırıb.

Şoyqu İŞİD militanlarının saxlanıldığı həbsxanaların təcili olaraq təhlükəsizliyinin təmin edilməsinin vacib olduğunu deyib.

Nazir eyni zamanda, Rusiya, Türkiyə və ABŞ arasındakı əməkdaşlığın Suriyada sabitlik və təhlükəsizliyi təmin edəcəyini söyləyib.


Müəllif: Mənsur Rəğbətoğlu