21 Oktyabr 12:01
227

Ermənistanın həbsdə olan ikinci prezidenti Robert Köçəryan bir neçə gündür müayinə olunduğu özəl xəstəxanadan çıxarılaraq, İrəvan Tibb İnstitutuna köçürülüb.

Teleqraf.com xəbər verir ki, bu barədə xəstəxananın baş həkimi Armen Çarçyan açıqlama verib.

Onun sözlərinə görə, Robert Köçəryan sağalıb və özünü yaxşı hiss edir.

Robert Köçəryan oktyabrın 9-da əməliyyat edilib. Əvvəllər isə üç dəfə tibbi müayinədən keçib.

Keçmiş prezidentin hansı xəstəlikdən əziyyət çəkdiyi gizlədilir.


Müəllif: Mənsur Rəğbətoğlu