21 Oktyabr 12:07

Suriyadakı ABŞ əsgərləri Sahela sərhəd keçid məntəqəsindən İraq ərazilərinə keçib.

Teleqraf.com xəbər verir ki, ABŞ əsgərləri İraqın Dohuk şəhərinə daxil olub.

“Röyter” agentliyinin regionda fəaliyyət göstərən müxbiri deyib ki, yüzdən çox hərbi avtomobil və texnika artıq sərhədi keçib.

İraq rəsmiləri bu xəbəri təsdiq ediblər. ABŞ hərbçilərinin Şimali İraq Kürd Muxtariyyəti ərazilərinə keçdiyi bildirilir.

“Nyu York Times” qəzeti isə Ağ Evdəki mənbələrinə istinadən bildirir ki, Prezident Tramp Pentaqonun Suriyanın şərqində 200 civarında əsgər saxlamağı nəzərdə tutan planını qəbul edəcək. Əlavə edilir ki,burada qalacaq 200 amerikalı əsgər əsasən, İŞİD-ə qarşı mübarizə aparacaq və Suriyanın şərqində neft sahələrinin Əsəd rejimi ilə Rusiyanının əlinə keçməsinə imkan verməyəcək.


Müəllif: Cavad