21 Oktyabr 12:29

Türkiyədə daha üç bələdiyyə sədri saxlanılıb.

Teleqraf.com xəbər verir ki, terrorla mübarizə çərçivəsində aparılan istintaq nəticəsində Xalqların Demokratik Partiyasından olan (HDP) 3 bələdiyyə sədri tutulub.

Diyarbakır Baş Prokurorluğu tərəfindən icra edilən istintaq zamanı terror təşkilatına üzv olduğu və təbliğatını apardığı üçün vəzifəsindən azad edilən Diyarbakır Böyükşəhər Bələdiyyəsinin sədri Adnan Səlcuq Mızraqlı, eləcə də Kayapınar bələdiyyə sədri Kezban Yılmaz və Bismil bələdiyyə sədri Orxan Ayaz nəzarətə götürülüb.

Xatırladaq ki, oktyabrın 15-də Hakkari bələdiyə sədri Cahan Qaraman, Yüksəkova bələdiyyə sədri İrfan Sarı, Vanın Erciş qəsəbə bələdiyyəsinin sədri Ulduz Çətin saxlanılmışdı.


Müəllif: Nərgiz