21 Oktyabr 13:29

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin başçılıq etdiyi qanunverici orqanın təmsilçilərindən ibarət nümayəndə heyəti Əfqanıstana səfər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə spikerin saytında dərc olunan məlumatda bildirilib.

Qeyd olunur ki, ABŞ nümayəndə heyəti Əfqanıstan Prezidenti Əşrəf Qani və digər rəsmi şəxslərlə görüşüb.

Tərəflər təhlükəsizlik, idarəetmə və iqtisadi inkişaf məsələlərini müzakirə ediblər.

Daha əvvəl Pentaqonun rəhbəri Mark Esperin müdafiə naziri qismində ilk dəfə “Taliban”la təmaslar üzərində işləmək üçün Əfqanıstana səfər etdiyi bildirilmişdi.


Müəllif: Səxavət