21 Oktyabr 14:30
1 254

“Türkiyə kürdlərin müstəqil dövlət yaratmaq hüququnu tanısa, öz ərazilərinin bir hissəsini itirəcək”.

Teleqraf.com xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Juravlyev deyib.

Rus mütəxəssis kürdlərin dövlət yaratmaq planının Türkiyədə parçalanmaya yol açacağını istisna etməyib:

“Bununla birlikdə Kürdüstan İraqın bir hissəsini, Suriyanın şimalını və Türkiyənin şərqini tələb edəcək. Bir tərəfdən, kürd xalqının öz müqəddəratını təyin etmək hüququ var, digər tərəfdən bu ölkələrin hər birinin öz sərhədlərini qorumaq hüququ var. Amerikalılar iki hüquqdan hansını dəstəkləyəcəyini müəyyən etməlidir.

Bundan əlavə, müstəqil Kürdüstan yaranarsa, gec-tez Şərqi Anadolu problemi ortaya çıxacaq. Buna görə də türklər üçün hərbi əməliyyat qaçılmazdır. Dövləti itirmək təhlükəsi ilə müharibə arasında seçim var idi, müharibəni seçdilər”.


Müəllif: Mənsur Rəğbətoğlu