21 Oktyabr 15:03
1 194

“Suriyadakı ABŞ hərbi qüvvələri Hasekedıki həbsxanalarda saxlanılan İŞİD terrorçularını helikopterlərlə İraqa daşıyır”.

Teleqraf.com xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb.

Məlumata görə, ABŞ qüvvələri Əl-Cəzirə bölgəsində saxlanılan yüzlərlə militanı xüsusi əməliyyatla əvvəlcə Amerikanın hərbi bazalarına, sonra İraqa aparıb.

Bu gəlişmə ayrı-ayrı xarici ölkələrdən olan 230 cihadçının Əl-Malikiyyə həbsxanasından Əl-Şədadi həbsxanasında daşınmasından 24 saat sonra qeydə alınıb.


Müəllif: Mənsur Rəğbətoğlu