21 Oktyabr 15:25
486

YPG-li terrorçular ABŞ Prezidenti Donald Trampın təlimatı ilə Suriyadan geri çəkilməyə başlayan hərbçilərə yalvarıb.

Teleqraf.com xəbər verir ki, ABŞ hərbçilərinin bölgəni tərk etməsindən narahatlıq duyan terrorçular “Nə olar getməyin” şüarı yazaraq konvoyların önünü kəsiblər.

Sahela sərhəd keçid məntəqəsindən İraqa keçid edərkən PKK/ YPG tərəfdarı olan bir qrup konvoyun qabağında dayanaraq hərəkətinə imkan verməməyə çalışıb.

Sosial mediada yayılan görüntülər ətrafında geniş müzakirələr açılıb.

Xatırladaq ki, Suriyadakı ABŞ əsgərləri bu gün İraqın Dohuk şəhərinə daxil olub.


Müəllif: Nərgiz