21 Oktyabr 15:53
1 140

Fransa Milli Cəbhə Partiyasının lideri Marin Le Pen Suriyanın şimal-şərqində keçirdiyi hərbi əməliyyatla əlaqədar Türkiyənin NATO-dakı üzvlüyünün dayandırılmasını tələb edib.

Teleqraf.com xəbər verir ki, Le Pen Türkiyəni müttəfiqlik prinsiplərini pozmaqda günahlandırıb.

“Türkiyə NATO-da qalmaq meyarlarını pozdu. Onun ittifaqdakı iştirakını dayandırmaq lazımdır”, - partiya lideri deyib.

Bundan əlavə, Le Penin sözlərinə görə, Avropa İttifaqının namizədlik yardımı proqramı çərçivəsində Türkiyəyə ödəmələr də dayandırılmalıdır.

O xatırladıb ki, 2021-ci ildən 2027-ci ilədək olan dövrdə bu ödənişlərin həcmi 6 milyard avro olmalıdır.


Müəllif: Mənsur Rəğbətoğlu