21 Oktyabr 18:09
429

Türkiyə təhlükəsizlik orqanları “Sülh çeşməsi” əməliyyatları ilə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyə KİV təhlükəsizlik strukturlarına istinadən məlumat verib.

Məlumatda PKK/YPG terror təşkilatlarının Suriya-Türkiyə sərhədlərindəki qüvvələrini geri çəkməyəcəyi halda, əməliyyatların qaldığı yerdən davam edəcəyi bildirilib:

“120 saatlıq müddət sabah bitir. Bundan sonra hələ də bölgədə terrorçu qalıbsa, zərərsizləşdiriləcək. 120 saatlıq anlaşmada müddət artırma məsələsi yoxdur. Ağır silahların yığışdırılması işində ABŞ-la koordinasiyalı şəkildə hərəkət edirik”.

120 saatlıq müddətin başa çatmasına az müddət qalmış kürd terror qruplaşmalarının ABŞ-ın nəzarətində bölgədən geri çəkilməsi haqda məlumatlar gəlir. Bölgədən indiyədək 125 yük maşınının çıxışı qeydə alınıb. Terror təşkilatı üzvlərinin Haseke istiqamətinə doğru hərəkət etdiyi deyilib.

Bölgədə 10-15 min silahlı terrorçunun olduğu bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu