22 Oktyabr 2019 08:00
1 262
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Donald Tramp Türkiyəni rüsumlar və sanksiyalarla hədələyib.

Teleqraf.com xəbər verir ki, bunu D.Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı jurnalistlərə açıqlamasında deyib.

ABŞ prezidenti bildirib: "Əgər Türkiyə özünü lazım olmayan şəkildə apararsa, düşünmürəm ki, belə ola, amma bizim heç kimin bilmədiyi qüvvəmiz var - bu, sanskiyalardır, bu, rüsumlardır. Biz rüsumlar tətbiq edəcəyik, biz sanksiyalar tətbiq edəcəyik".

D.Tramp qeyd edib ki, ABŞ ölkəyə gələn Türkiyə mallarına rüsumlar tətbiq edəcək: "Onlar ABŞ-a böyük həcmdə polad, o cümlədən digər mallar göndərirlər. Biz bu mallara rüsumlar tətbiq edəcəyik, biz onlara qarşı sanksiyalar tətbiq edəcəyik".


Müəllif: Teleqraf.com